Zelenski Trampla danışdı
Dünya
07.11.2024 02:49
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin seçilmiş
prezidenti Donald Trampa zəng edərək onu təbrik edib.
TodayPress xəbər verir ki, bu barədə ukraynalı siyasətçi
sosial şəbəkədə yazıb.
“Prezident Donald Tramp ilə əla telefon danışığım
olub, onu tarixi qələbəsi münasibətilə təbrik etdim – onun möhtəşəm kampaniyası
bu nəticəni mümkün edib. Onun ailəsini və komandasını gözəl işlərinə görə təriflədim”,
– Ukrayna lideri qeyd edib.
Tərəflər “sıx dialoqu davam etdirmək və əməkdaşlığı inkişaf
etdirmək barədə razılığa gəliblər”.
“Güclü və sarsılmaz ABŞ liderliyi dünya və ədalətli
sülh üçün həyati önəm daşıyır” Zelenski vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olmuşdu.
tag: Zelenski, Tramp, Seçki, ABŞ, Ukrayna, todaypress.az,