Zelenski Trampa müraciət etdi: “Bilirsənsə, de!”
Dünya
03.07.2024 17:36
Ukrayna lideri Volodimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampı Ukraynadakı müharibəyə tez bir zamanda son qoymaq planını səsləndirməyə çağırıb.
TodayPress xəbər verir ki, bu barədə Zelenski “Bloomberg”ə müsahibəsində bildirib.
“Əgər Tramp bu müharibəni necə bitirəcəyini bilirsə, bu gün bizə deməlidir. Əgər Ukraynanın müstəqilliyi üçün risklər varsa, buna hazır olmaq istəyirik” deyə Zelenski bildirib.
Dövlət başçısı Trampla görüşməyə və onun təkliflərini dinləməyə hazır olduğunu da vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin hazırkı prezidenti Cozef Baydenlə teledebat zamanı Tramp seçkidə qalib gəlsə, andiçmə mərasiminə qədər Ukraynadakı müharibəyə son qoyacağını demişdi.
Günəş Mərd
tag: Ukrayna, Zelenski, ABŞ, Tramp,Bloomberg, todaypress.az,