Zelenski sülh yolunda ilk addımı açıqladı

Dünya

10.10.2024 05:22

Ukraynanın NATO-ya dəvət edilməsi və alyansa gələcək üzvlüyü sülh yolunda real addımlar ola bilər. Bu, Avropanı maraqlandırmalıdır.

TodayPress verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Xorvatiyada Ukrayna-Cənub-Şərqi Avropa sammitində çıxışı zamanı söyləyib.

“Ukraynanın NATO-da yeri varmı? Əgər bu, lazımi qaydada təsdiqlənərsə, Rusiya Avropanın sərhədləri, müstəqil dövlətləri və hər birinin öz gələcəyini seçmək hüququna malik olduğunu qəbul etməlidir” deyə Zelenski vurğulayıb.

Ukrayna Prezidentinin sözlərinə görə, həqiqət budur ki, Rusiyanın bu reallığı qəbul etməsi yalnız Ukraynaya qarşı bir daha Rusiya tərəfindən müharibənin edilməyəcəyini anlamaqdan başlaya bilər.

tag: Ukrayna, Rusiya, Müharib, Xorvatiya,todaypress.az,