Zelenski Starmer ilə nələri müzakirə etdi?
Dünya
28.11.2024 16:29
Böyük Britaniyanın baş naziri Key Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna lider öz “Telegram” kanalında paylaşım edib.
Bildirilib ki, onlar 90-dan çox raket və 100-ə yaxın pilotsuz uçuş aparatından (PUA) istifadə etməklə Ukraynanın mülki infrastrukturuna qarşı Rusiyanın növbəti hava terroru aktını müzakirə ediblər.
Danışıq zamanı müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələsinə xüsusi diqqət yetirilib.
“Böyük Britaniyaya genişmiqyaslı dəstəyinə, xüsusən də Ukraynanın ehtiyacları üçün hər il ən azı 3 milyard funt sterlinq (təxminən 6.5 trilyon manata yaxın) ayırmağa hazır olduğuna görə minnətdaram” deyə Zelenski bildirib.
Sonda tərəflər Ukrayna və Böyük Britaniya arasında bir illik tərəfdaşlığa dair sazişin hazırlanmasını sürətləndirmək barədə razılığa gəliblər.
Töhfə Səməd
tag: Böyük Britaniya, Ukrayna, Baş Nazir, Zelenski, PUA, todaypress.az,