Zelenski: “Şimali Koreya əsgərləri artıq Ukraynadadır”

Dünya

29.10.2024 09:26

“Rusiya ərazisində artıq Koreya Xalq Demokratik Respublikasının (KXDR) üç min hərbi qulluqçusu var. Tezliklə onların sayı xeyli artacaq”.

TodayPress “’RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. 

O qeyd edib ki, Rusiya tərəfəi onlardan Ukrayna ərazisində də istifadə edir. Ukrayna kəşfiyyatının məlumatına görə, Şimali Koreya hərbçilərinin sayı tezliklə 12 min nəfərə çatacaq.

“Bu, çox tez baş verməlidir, aylar və ya illərlə bağlı məsələ deyil, əlbəttə ki, bu, müharibənin eskalasiyasıdır. Eskalasiyaya başlamamalıdır” deyə Zelenski bildirib.

Günəş Mərd

tag: Rusiya, Zelenski, Ukrayna, Şimali Koreya, todaypress.az,