Zelenski Rusiyanı Ukrayna üzrə sülh sammitinə dəvət etdi
“Ukraynada sülh üzrə ikinci sammitdə Rusiya tərəfinin nümayəndələri də mütləq təmsil olunmalıdır”.
TodayPress xəbər verir ki, bunu “NBC News” telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, rəsmi Kiyev tərəfdaşları ilə birlikdə müharibənin başa çatması üçün detallı bir plan hazırlayır.
“Biz ətraflı müzakirələr aparırıq. Planı ikinci sammitdə təqdim edəcəyik. Başa düşürük ki, Rusiya tərəfinin iştirakı olmadan müharibəni diplomatik yolla başa çatdırmaq çox çətin məsələdir. Buna görə də Rusiyanın ikinci zirvə görüşündə təmsil olunmasını bizdən tərəfdaşlarımız istəyib” deyə Ukrayna prezidenti əlavə edib.
Töhfə Səməd
tag: Kiyev, Ukrayna ,Zelenski ,Rusiya ,Plan, Müharibə, todaypress.az,