Zelenski: "Rusiya və ABŞ arasındakı danışıqların nəticələrini tanımırıq"
Dünya
17.02.2025 20:10
"Ukrayna Rusiya və ABŞ nümayəndələri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlarda iştirak etmir və onların nəticələrini tanımaq niyyətində deyil".
TodayPress xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski Birləşmiş Ərəb Əmirliklərində keçirdiyi mətbuat konfransında deyib.
"Biz Ukraynasız Ukrayna ilə bağlı istənilən danışıqları nəticəsiz hesab edirik. Biz olmadan bizimlə bağlı heç bir razılaşmanı tanıya bilmərik" deyə o bildirib.
Zelenski həmçinin əlavə edib ki, onun Səudiyyə Ərəbistanına yaxın günlərdə baş tutacaq səfəri fevralın 18-də Rusiya-Amerika görüşü ilə bağlı deyil.
"Səfərimin ABŞ və Rusiya nümayəndələri səviyyəsində Səudiyyə Ərəbistanında baş verənlərlə heç bir əlaqəsi yoxdur. Əlbəttə, mən Səudiyyə Ərəbistanında olarkən Əlahəzrət Şahzadə Məhəmməd bin Salmandan bu barədə nə bildiyini soruşacağam. Mənə sadəcə maraqlıdır" deyə Zelenski əlavə edib.
Töhfə Səməd
tag: Ukrayna ,Rusiya ,ABŞ ,Səudiyyə Ərəbistanı,todaypress.az,