Zelenski: Rusiya qitələrarası ballistik raketlə Ukraynanı vurdu
Rusiya
qitələrarası ballistik raketlə Ukraynanı vurub.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir
Zelenski videomüraciətində bildirib.
Onun sözlərinə görə,
Rusiya qitələrarası ballistik raketlə Dnepri hədəf alıb.
Zelenski qeyd edib ki, bu,
dünyada belə silahların ilk dəfə döyüşdə istifadəsidir.
Qeyd edək ki, Rusiyanın
Ukrayna ərazisinə "Rubej" ballistik raketlə vurduğu barədə məlumat
yayılmışdı.
tag: Zelenski, Ukrayna, Rusiya, Dnepri, Raket, todaypress.az,