Zelenski: “Rusiya qazı Azərbaycan qazı ilə əvəz edilə bilər”

Dünya

03.07.2024 18:10

“Ukrayna Azərbaycandan təbii qazın Avropa İttifaqına tədarükü ilə bağlı danışıqlar aparır, tranzit ölkə rolunu qorumağa və Qərb qonşularına enerji təhlükəsizliyini təmin etməyə kömək etməyə çalışır”.

TodayPress xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “BloombergTV”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya qazının Azərbaycan qazı ilə əvəzlənməsinə dair razılaşma hazırda müzakirə olunan təkliflərdən biridir.

“Biz indi qaz tədarük edən başqa ölkə ilə alternativ variantları nəzərdən keçiririk. Rusiya Federasiyası ilə qaz müqaviləsini uzatmaq, onların burada pul qazanmalarını istəmirik” Zelenski bildirib.

Töhfə Səmədova

tag: Zelenski, Rusiya, Azərbaycan, Qaz,Enerji, todaypress.az,