Zelenski Rusiya ilə danışıqlar planı hazırlayır
Dünya
21.09.2024 17:40
Hazırda Kiyev Rusiya və Ukrayna arasında sülh danışıqları üçün “başlanğıc və təməl” olacaq plan hazırlayır.
TodayPress “UNIAN” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, sənədin üç bəndi artıq hazırdır.
O, qeyd ki, işlər başa çatdıqdan sonra Kiyev Moskva ilə istənilən formatda və onun istənilən nümayəndəsi ilə dialoq təşkil etməyə hazır olacaq.
"Bütün plan noyabrın əvvəlində hazır olacaq" deyə Zelenski əlavə edib.
Günəş Mərd
tag: Kiyev, Rusiya, Ukrayna ,Sülh ,Moskva, todaypress.az,