Zelenski Ramşteyn formatında görüşə hazırlaşır

Dünya

05.10.2024 13:15

937

Ukrayna Almaniyanın Ramşteyn bazasında təmas qrupunun görüşünə hazırlaşır və bu görüşdə münaqişəyə son qoymaq üçün konkret addımlar təqdim olunacaq. 

TodayPress xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.

“Bu formatda görüş oktyabrın 12-də baş tutacaq. Müharibənin ədalətli sona çatması üçün aydın, konkret addımlar təqdim ediləcək" deyə Zelenski qeyd edib.  

Onun sözlərinə görə, tərəfdaşların qətiyyəti və Ukraynanın güclənməsi Rusiyanı dayandırmağa kömək edə bilər.   

Xatırladaq ki, Almaniyadakı aviabazada ilk görüş 26 aprel 2022-ci ildə baş tutub. Görüş zamanı xüsusilə Ukraynanın imkanları müzakirə olunub. 

Günəş Mərd

tag: Ramşteyn, Zelinski ,Müharibə ,Ukrayna ,Almaniya ,Aviabaza ,todaypress.az,