Zelenski: "Qərb səfərbərlik yaşını aşağı salmamalıdır"
Dünya
14.01.2025 21:11
"Qərb Ukrayna Silahlı Qüvvələrini texnika ilə təmin etməli, səfərbərliyə çağırış yaşının aşağı salınmasını tələb etməməlidir"
TodayPress xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
“Mən çox dəqiq bir rəqəm deməyəcəm. Çünki bu, təhlükəlidir.
Amma bizim döyüş meydanında 100-dən çox briqadamız var və onların hər biri hər
gün kadr və texnika tələb edir” o bildirib.
O əlavə edib ki, Qərbin dəstəyi Ukrayna Silahlı Qüvvələrinin
texniki modernləşdirilməsini əhatə etməlidir.
Aynur TAC
tag: Ukrayna, Rusiya, Qərb, ABŞ, Texnika, todaypress.az,