Zelenski “Qələbə Planı”nda ərazi məsələsini istisna etdi

Dünya

16.10.2024 16:10

2640

Ukrayna prezidenti Volodimir Zelenski “Qələbə Planı”nda ərazilərin güzəşdə gedilməsi ilə bağlı məsələni istisna edib. 

TodayPress xəbər verir ki, Zelenski Ali Radada çıxışı zamanı müvafiq bəyanatla çıxış edib.

“Ukraynaya məxsus ərazilər və ya suverenliyimiz ticarət məsələsi deyil. Biz planı həyata keçirməliyik, güzəştə getməməliyik” deyə Zelenski izah edib.

Ukrayna prezidenti həmçinin etiraf edib ki, ölkəsi hazırda Rusiya ilə yanaşı İran və Şimali Koreyaya qarşı da vuruşur. Ukraynanın daxilində isə heç bir düşmən yoxdur. 

Ali Radanın deputatı Aleksey Qonçarenko isə Zelenskinin təqdim etdiyi “Qələbə Planı”nı qeyri-real adlandırıb.

Deputat qeyd edib ki, ölkənin imkanları ilə bağlı real söhbət getmir, ona görə də planın təqdim olunan bəndləri dövlətin istəklərini əks etdirsə də, boş sözlərdir. O, vurğulayıb ki, planın bəndlərinin məzmununda çox şey Ukraynanın tərəfdaş ölkələrinin çiyinlərinə düşür, lakin ölkənin özü üçün qoyduğu tələblər barədə çox az danışılır.

O, həmçinin planda korrupsiyaya qarşı mübarizə və demokratik institutların gücləndirilməsi ilə bağlı bəndlərin olmamasından şikayətlənib. Qonçarenko belə qənaətə gəlib ki, Ukrayna Qərb ölkələrindən çox şey tələb edir, lakin bu proseslərdə öz rolunu müəyyənləşdirmir.

Töhfə Səməd

tag: Ali Rada ,Zelinski, Ukrayna, Rusiya, Qələbə Planı ,todaypress.az,