Zelenski Putinlə danışıqlara gedəcək? - Ekpertdən açıqlama
Dünya
26.12.2024 13:08
"Ukrayna ilə bağlı danışıqlar prosesi mütləq ki, başlayacaq, lakin bu prosedur çox çətin olacaq".
TodayPress xəbər verir ki, rusiyalı hərbi ekspert Yan Qaqin belə deyib.
Qaqinin sözlərinə görə, danışıqlar sadə olmayacaq, çünki Rusiyaya təkcə atəşkəs yox, davamlı sülh lazımdır və buna yalnız xüsusi hərbi əməliyyatın məqsədlərini yerinə yetirməklə nail olmaq olar.
“Hazırda Zelenski ilə nə qədər danışmağın mümkün olacağını təxmin etməkdə çətinlik çəkirəm, çünki o, indi qanuni olaraq Ukraynanın prezidenti deyil” deyə Qaqin mümkün danışıqları şərh edib.
Töhfə Səməd
tag: Ukrayna, Prezident ,Rusiya, Zelenski, todaypress.az,