Zelenski Putinin Bakı səfəri ilə bağlı bəyanat verdi
Dünya
27.08.2024 21:13
"Rusiya prezidenti Volodimir Putin Bakıya səfəri zamanı Rusiya qazının Azərbaycana tədarükündən başqa digər məsələləri də müzakirə edə bilərdi"
TodayPress xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
"Putinin
Azərbaycanda nə dediyini bilmirəm. Qazdan danışdığında da əmin deyiləm. Düşünürəm
ki, başqa suallar da var" Ukrayna prezidenti Volodimir Zelenski mətbuat
konfransı zamanı deyib.
O,
həmçinin vurğulayıb ki, Ukrayna Rusiya qazının tranziti ilə bağlı razılaşmanı
uzatmayacaq.
"Heç kim Rusiya ilə razılaşmanı davam etdirməyəcək. Bu sondur. Digər
şirkətlərdən qaz tranzitinə gəlincə, bəzi avropalı həmkarlarımız
istəyərsə onların xahişlərinə baxa bilərik” Zelenski bildirib.
Aynur TAC
tag: Ukrayna, Rusiya, Azərbaycan, Putin, İlham Əliyev,todaypress.az,