Zelenski PUA sifarişlərini artırmağı əmr etdi
Dünya
12.01.2025 05:56
Ukrayna Prezidenti Volodimir Zelenski
pilotsuz uçuş aparatlarının (PUA) sifarişlərini artırmağı əmr edib.
TodayPress “UNIAN”a istinadən xəbər verir ki, o, bu
barədə Baş Qərargahın növbəti iclasında danışıb.
Onun sözlərinə görə, əsas məqsəd bu ili bütün növ
“PUA”ların əldə edilməsində rekorda nail olmaq və Ukrayna raketlərinin,
artilleriyasının və digər zəruri avadanlıqların istehsalını əhəmiyyətli
dərəcədə artırmaqdır.
Qeyd edək ki, Ukraynanın Baş naziri Denis Şmıqal daha
əvvəl ölkəsinin 2025-ci ildə 30 min uzaq mənzilli PUA və 3 min raket istehsal
etməli olduğunu bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə Ukraynanın müdafiəsi və
təhlükəsizliyi üçün ümumilikdə 2 trilyon 230 milyard qrivna ayrılıb.
tag: PUA, Zelenski, Ukrayna, Rusiya, Döyüş,Müharibə, Raket, todaypress.az,