Zelenski Poltavaya hücumun nəticələrini açıqladı

Dünya

03.09.2024 18:32

“Rusiya Poltavanın təhsil müəssisələrindən birini iki ballistik raketlə vurub”. 

TodayPress RBK-Ukrayna ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib. 

"Rusiyanın Poltavaya hücumu ilə bağlı ilkin məlumat aldım. Hazırda mövcud olan məlumata görə, atılan iki ballistik raket təhsil müəssisəsi və yaxınlıqdakı xəstəxana ərazisinə düşüb. Rabitə İnstitutunun binalarından biri qismən dağılıb" Zelenski qeyd edib. 

Onun sözlərinə görə, hücum nəticəsində 41 nəfər ölüb, daha 180 nəfər yaralanıb. 

Zelenski bildirib ki, baş verənlərin tam və operativ araşdırılmasına göstəriş verib. Xilasetmə əməliyyatına bütün lazımi xidmətlər cəlb olunub. 

O, bir daha tərəfdaşlara xatırladıb ki, Ukraynanın Rusiya Federasiyasına Qərb silahları ilə uzaqmənzilli zərbələr endirməsi üçün tərəfdaşları Kiyevə icazə verməlidirlər. O, bunun bir az sonra deyil, indi edilməli olduğunu vurğulayıb.

Günəş Mərd

tag: Zelenski, Hücum, Ukrayna, Rusiya, Kiyev, todaypress.az,