Zelenski Polşaya səfər etdi

Dünya

27.01.2025 14:55

Ukrayna Prezidenti Volodimir Zelenski Polşaya səfər edib. 

TodayPress xəbər verir ki, bu barədə Ukrayna KİV yazıb.  

Qeyd olunub ki, V.Zelenski Auşvitsin azad olunmasının 80-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcək. 

Ukrayna liderinin səfər proqramına həmçinin ikitərəfli görüşlər, xüsusilə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Fransa Prezidenti Emmanuel Makronla görüşlər daxildir.

tag: Ukrayna,Zelenski,Görüş,Səfər,Polşa,Todaypress.az,