Zelenski parlamentdə "Qələbə Planı"nı təqdim etdi

Dünya

16.10.2024 14:15

1460

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radada Rusiya ilə müharibədə ölkəsinin "Qələbə Planı"nı təqdim edib.

TodayPress-in məlumatına görə, planın 1-ci müddəası ölkənin dərhal NATO üzvlüyünə dəvət edilməsini nəzərdə tutur.

İkinci bənddə isə Ukraynanın müdafiə sənayesi sahəsində istehsalın və Qərb tərəfdaşlarının köməyinin genişləndirilməsi qeyd edilib.

Növbəti müddəada isə Ukraynanın ərazisində ölkənin Rusiyadan yönələ biləcək istənilən təhlükədən qorunmasını təmin edən qeyri-nüvə xarakterli strateji müdafiə sistemlərinin yerləşdirilməsi əks olunub.

Planın 4-cü bəndi neftin qiyməti və Rusiya neftinin idxalının məhdudlaşdırılması ilə bağlıdır.

Sənədin sonuncu müddəası müharibədən sonra ölkədə peşəkar hərbçilərdən ibarət ordunun formalaşdırılacağına dair təklifdən ibarətdir.

Zelenski çıxışında bu təklifi Avropanın təhlükəsizliyinə zəmanət adlandırıb.

“Plan dəstəklənsə, biz gələn ildən gec olmayaraq müharibəni bitirə bilərik” Zelenski vurğulayıb.

tag: Ukrayna ,Rusiya ,Zelenski ,Qərb ,Plan, Avropa ,todaypress.az,