Zelenski Papa ilə danışdı
Ukrayna prezidenti Volodimir Zelenski Roma Papası XIV Leo ilə danışıb.
TodayPress xəbər verir ki, o, bu barədə "Telegram" kanalında məlumat verib.
Zelenski bildirib ki, Roma Papasının sülh və əsirlərin azad olunması ilə bağlı dediklərini yüksək qiymətləndirir. O, həmçinin Ukraynanın bu gündən etibarən 30 günlük qeyd-şərtsiz atəşkəsə razı olduğunu Papa ilə bölüşüb.
Prezident əlavə edib ki, Ukrayna danışıqlara hər zaman hazırdır və müharibəni bitirmək istəyir. O, Rusiyadan da eyni addımları atmasını gözlədiklərini bildirib.
Zelenski Roma Papasını Ukraynaya səfərə də dəvət edib və belə bir səfərin insanlara ümid verəcəyini deyib.
Türkan İsgəndərli
tag: Papa,Roma,Ukrayna,Zelenski,todaypress.az,