Zelenski "Oval" görüşündən danışdı

Dünya

25.04.2025 10:15

5

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla Ağ Evdə baş tutan görüşün Ukrayna üçün vacib olduğunu, lakin mübahisənin heç bir tərəfə fayda vermədiyini bildirib.

TodayPress xəbər verir ki, o, bu barədə “Daily Wire” nəşrinə danışıb.

“Bizim müzakirə etməli olduğumuz çox məsələ var idi. Müxtəlif mərhələlərdə Trampla həm məhsuldar, həm də fəlsəfi xarakterli görüşlərimiz olub. Lakin düşünürəm ki, Oval ofisdəki  görüş (mübahisə) nə Ukraynaya, nə də ABŞ-yə xeyir verib” deyə Zelenski qeyd edib.

Qiymət Mahir

tag: Ukrayna,Zelenski,Tramp,ABŞ,todaypress.az,