Zelenski Orbanla danışmaqdan imtina etdi

Dünya

15.12.2024 15:30

Macarıstanın baş naziri Viktor Orban Volodimir Zelenski ilə danışmaq istəyib, lakin Ukrayna prezidenti bunu rədd edib. 

TodayPress xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto "Kossuth" radiostansiyasının efirində bildirib.

O bildirib ki, hadisə dekabrın 11-də, Orbanın Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdığı gün baş verib. Tərəflər Milad atəşi və əsirlərin mübadiləsi imkanlarını müzakirə ediblər. Daha sonra baş nazir Ukrayna prezidentinə zəng etmək istəyib, lakin rədd cavabı alıb.

Siyarto Kiyevin hərəkətlərini “diplomatiyada görünməmiş jest” adlandırıb. Macarıstan Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, o, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa və Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Ermakı iki ölkə liderləri arasında söhbətin mümkünlüyü barədə məlumatlandırıb. Ancaq hər ikisi imtina edib.

"Macarıstanın baş naziri Viktor Orban dünən prezident Putinlə telefon danışığı zamanı Milad bayramı ərəfəsində Rusiya və Ukrayna arasında böyük məhbus mübadiləsinin həyata keçirilməsi təklifi ilə çıxış edib" deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dekabrın 12-də bildirib.

Töhfə Səməd

tag: Macarıstan,Viktor Orban,Volodimir Zelenski,Peter Siyarto,Vladimir Putin,todaypress.az,