Zelenski NATO-nun yeni Baş katibinə Ukraynanın ehtiyaclarını xatırlatdı

Dünya

03.10.2024 17:35

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə NATO-nun yeni Baş katibi Mark Rutteyə cəbhədəki vəziyyət barədə danışıb, Ukrayna ordusunun silaha ehtiyacını xatırladıb.   

TodayPress xəbər verir ki, bu barədə Zelenskinin “Telegram” kanalı məlumat yayıb.   

“Biz ordumuzun hazırkı ehtiyaclarını, eləcə də Ukraynanın hava hücumundan müdafiə sistemindəki ehtiyaclarını müzakirə etdik” deyə Ukrayna lideri yazıb.

O qeyd edib ki, qış yaxınlaşdıqca Ukrayna və alyans hava hücumundan müdafiə sistemləri ilə bağlı bütün razılaşmaları yerinə yetirməlidir.

Həmçinin, Zelenskinin sözlərinə görə, Rutte ilə danışıqlar zamanı o, Ukrayna üçün “qələbə planı”na toxunub.

Qeyd edək ki, oktyabrın 3-də NATO-nun yeni Baş katibi Kiyevə səfər edib və burada Zelenski ilə görüşüb.      

Günəş Mərd

tag: NATO ,Zelenski ,Rutte, Ukrayna ,Kiyev ,todaypress.az,