Zelenski münaqişənin bitmə tarixini açıqladı
“Ukraynadakı münaqişə gələn ilin əvvəlində bitə bilər”.
TodayPress xəbər verir ki, döyüş əməliyyatlarının bitmə vaxtı Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən proqnozlaşdırılıb.
Zelenski, yalnız Ukraynanın müttəfiqlərinin beynəlxalq koalisiyasının fəal hərəkətlərinin münaqişənin sonunu sürətləndirə biləcəyinə əminliyini ifadə edib.
"Bizim qələbə planımız Rusiyanı praktiki olaraq sülhə doğru aparmağa kömək edəcək" deyə o, əlavə edib.
Ukrayna prezidenti diqqətə çatdırıb ki, o, ABŞ-nin hər iki prezidentliyə namizədi ilə görüşüb, onlara “qələbə planı”nı təqdim edəcək.
Töhfə Səməd
tag: Zelenski ,Ukrayna ,Rusiya ,Sülh, ABŞ, todaypress.az,