Zelenski: "Münaqişənin 2025-ci ildə bitməsi üçün hər şeyi edirik”
Dünya
09.01.2025 16:55
Ukrayna prezidenti Volodimir Zelenski münaqişənin 2025-ci ildə bitməsi üçün hər şeyi etdiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə o, Almaniyanın Ramşteyn aviabazasında keçirilən Qərb ölkələri qrupunun Ukraynaya silah tədarükünün əlaqələndirilməsi üzrə 25-ci iclasında deyib.
"Mən bu müharibənin bu il bitməsini təmin etmək üçün mümkün olan hər şeyi edirəm" deyə Ukrayna lideri vurğulayıb.
Eyni zamanda o, əlavə edib ki, münaqişəyə son qoymaq üçün şərtlər Kiyev və bütün Avropa üçün layiqli olmalıdır.
Töhfə Səməd
tag: Zelenski ,Ukrayna, Almaniya ,Müharibə, todaypress.az,