Zelenski: "Müharibəni öz şərtlərimizlə bitirəcəyik"

Dünya

11.06.2024 20:24

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsini uşaqlara miras qoymayacaqlarını bəyan edib.

TodayPress Ukrayna mediasına istinadla xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanın paytaxtı Berlində keçirilən “2024-cü il Ukraynanın Bərpa Konfransı”nın açılışına qatıldıqdan sonra Almaniya kansleri Olaf Şolz ilə birgə qatıldığı mətbuat konfransnda çıxış edib. Ukraynaya göstərdiyi və göstərməyə davam edəcəyi yardıma görə Almaniyaya təşəkkür edən Zelenski, Avropanın müharibəsiz bir qitə olmasının lazımlığını diqqətə çatdırıb. Rusiya-Ukrayna müharibəsini uşaqlara miras olaraq buraxmayacaqlarını bildirən Zelenski, “Bu müharibəni öz şərtlərimizlə bitirəcəyik. Dünyadakı hər kəsin anlaya biləcəyi şərtlərlə" deyib.

Zelenski müharibənin kimin qalib gəldiyinə şübhə yaratmayacaq şəkildə bitməsini istədiyini və Rusiyanın vurduğu bütün zərəri ödəməli olduğunu bildirib: “Güzəşt vaxtı bitdi. Bu Putin razılığa gəlməyib qətl yolunu seçəndə bitdi” deyə Zelenski bildirib.


GÜNEL


tag: Ukrayna,Vladimir Zelenski,Avropa, Almaniya, Müharibə, todaypress.az,