Zelenski: “Müharibəni diplomatik yolla bitirmək istəyirik”

Dünya

24.08.2024 18:00

“Ukrayna Rusiyanı müharibəni diplomatik yolla bitirməyə məcbur etmək istəyir”.

TodayPress “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Volodimir Zelenski Kiyevdə təşkil olunan mətbuat konfransı zamanı deyib.

Zelenski vurğulayıb ki, müharibənin sonu yalnız Ukraynanın ərazi bütövlüyünün bərpası və Rusiyanın təkrar təcavüzünün qarşısının alınması ola bilər. 

"Biz Putini bu müharibəni diplomatik yolla bitirməyə məcbur etmək üçün hər şeyi edəcəyik ki, itki daha az olsun. Amma tərəfdaşlar dağılsalar və buna qarşı möhkəm dayanmasalar bu baş verməyəcək” deyə o, bildirib.

 

Günəş Mərd

tag: Zelenski, Sülh, Ukrayna,Rusiya,Danışıqlar,todaypress.az,