Zelenski müharibədə ölən hərbçilərin sayını açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski indiyədək müharibədə 43 min hərbçinin həlak olduğunu açıqlayıb.
TodayPress xəbər verir ki,o, bu barədə "Telegram"da bildirib.
Eyni zamanda, Zelenski 370 min yaralıya yardım göstərildiyini deyib.
" 2024-cü ilin sentyabrından Rusiya döyüş meydanında bizə qarşı 5 və hətta 6-ya 1 nisbətində insan itirir. İndi Rusiyanın itkiləri 750 min nəfəri keçib: 198 min ölü və 550 mindən çox yaralı" deyə o qeyd edib.
tag: Ukrayna,Rusiya,Müharibə,Ölü,Yaralı,Todaypress.az,