Zelenski: “Müharibədə 80 mindən az ukraynalı həlak olub”
Dünya
03.12.2024 10:10
“Rusiyanın genişmiqyaslı işğalından sonra müharibədə 80 mindən az ukraynalı hərbçi həlak olub”.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski müsahibəsində bildirib.
“Bu yaxınlarda kimsə Amerika mətbuatında 80 min ukraynalının öldüyünü bildirdi. Mən sizə demək istəyirəm ki, yox, azdır. Xeyli azdır” o qeyd edib.
Zelenski Ukrayna ordusunun nə qədər itki verdiyini dəqiqləşdirməkdən də imtina edib.
O, eyni zamanda Rusiyanın işğal etdiyi ərazilərdə nə qədər ukraynalının öldüyünü bilmədiyini vurğulayıb.
Qeyd edək ki, son iki ayda müxtəlif Qərb nəşrləri Ukraynanın itkilərini 57-100 min nəfər kimi qiymətləndiriblər, lakin bunlar sadəcə təxminlərdir.
Rusiyanın itkilərinə gəlincə, “BBC Rus” noyabrın sonuna qədər təxminən 81 min rusun müharibədə öldüyünə dair məlumat yayıb.
Günəş Mərd
tag: Zelenski, Rusiya, Qərb, Ukrayna, İtki, todaypress.az,