Zelenski: “Müharibə təcili dayanmalıdır”

Dünya

03.08.2024 12:30

“Ukraynadakı müharibəyə son qoymaq Kiyevin əsas istəyidir”.

TodayPress xarici mediaya istinadən xəbər verir ki, belə bir bəyanatla Ukrayna prezidenti Volodimir Zelenski çıxış edib. 

Zelenski Ukrayna Xarici İşlər Nazirliyi və onun ofis işçilərinin xüsusi xarici siyasət imkanları haqqında hesabatını dinlədikdən sonra videomüraciət edib.    

O, videomüraciətində Ukraynanın müdafiə etməyin vacibliyini bəyan edərək, müharibənin dayandırılmasına ehtiyac olduğunu bildirib. 

Zelenski qeyd edib ki, müharibəyə mümkün qədər tez və ədalətli son qoymaq lazımdır.  

Günəş Mərd

tag: Ukrayna, Zelenski, Kiyev, Müharibə,Bəyanat, todaypress.az,