Zelenski Moskvanı danışıqlara məcbur etmək planını açıqladı
Ukrayna prezidenti Volodimir Zelenski Kiyevə hərtərəfli qeyri-nüvə strateji çəkindirmə paketi təqdim etmək təklifini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə “Strana.ua” nəşri yazıb.
Qeyd olunub ki, Zelenskinin fikrincə, bu, Moskvanı danışıqlara məcbur etməlidir.
“Müvafiq paketi həyata keçirə biləcək tərəfdaşlara bütün detalları təqdim edəcəyik. Bunlar ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliyadır” deyə Ukrayna lideri Brüsseldə Avropa Şurasının iclasında çıxışı zamanı deyib.
Bundan başqa, Zelenski Ukraynadan üzvülük üçün dərhal NATO-ya dəvət göndərilməsinin vacibliyini bildirib və əlavə edib ki, təşkilata qoşulmaq bundan sonra baş tutacaq.
Günəş Mərd
tag: Moskva, Zelenski ,Böyük Britaniya, Fransa ,Almaniya, İtaliya, Kiyev, todaypress.az,