Zelenski Macarıstandan NATO ilə bağlı xahiş etdi
Ukrayna və Macarıstan gələcək münasibətlərə dair ikitərəfli sənəd hazırlayır. Orada Ukraynanın NATO-ya daxil olması ilə bağlı bənd var.
TodayPress “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, ikitərəfli dialoqun və sənədin bir hissəsi təhlükəsizlik məsələsidir, yəni Ukraynanın NATO-ya daxil olmasıdır. Ukrayna Macarıstandan Alyansın dəvətinə mane olmamağı xahiş edir.
Zelenski vurğulayıb ki, Macarıstan Ukraynanın “Qələbə Planı”na qismən mane ola biləcək dövlətlərdən biridir. O, bildirib ki, buna baxmayaraq ukraynalılar Macarıstanın istənilən blokadasından keçəcəklər.
Günəş Mərd
tag: Ukrayna, Macarıstan, NATO,Zelenski, Alyans, todaypress.az,