Zelenski Kurskdakı vəziyyəti AÇIQLADI
Dünya
17.08.2024 16:37
Ukrayna Silahlı Qüvvələrin Komandanı Aleksandr Sırski Ukrayna prezident Volodimir Zelenskiyə cəbhədəki vəziyyətlə bağlı məruzə edib.
TodayPress “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “Teleqram” kanalında yazıb.
Zelenski bildirib ki, Ukrayna Ordusunun Ali baş komandanı Aleksandr Sırski ona Kursk istiqamətindəki vəziyyətlə bağlı məruzəsindən sonra bu ərazidə canlı qüvvə və hərbi texniknın sayı artırılıb.
“Sırski ötən gecə Toretsk və Pokrovsk istiqamətindəki mövqelərimizə bir neçə dəfə hücum cəhdi olduğunu, lakin hərbçilərimizin onların hamısının qarşısını aldığını məruzə etdi. Hazırda tərəfdaşlarımızın köməyi ilə oradakı birləşmələrin silah-sursat təminatı həyata keçirilir, eyni zamanda prioritet məntəqələrin sayı dəqiqləşdirilir. Bunda əsas məqsəd Rusiya ordusunun hücum potensialının zəiflədilməsidir” deyə o qeyd edib.
Günəş Mərd
tag: Ukrayna, Zelenski, Aleksandr Sırski, Pokrovsk, Toretsk, todaypress.az,