Zelenski: "Kurskda hərbi komendantlıqlar yaradılacaq"
Dünya
14.08.2024 17:39
Ehtiyac yarandıqda Rusiyanın Kursk vilayətində hərbi komendantlıqlar yaradılacaq.
TodayPress-in xəbərinə görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski keçirdiyi müşavirədə bəyan edib.
“Ölkəmiz həm özünü, həm də sərhədyanı bölgələrdə yaşayan insanların həyatını qoruyur. Eyni zamanda biz Rusiya ərazisində aktiv fəaliyyət həyata keçirərkən, beynəlxalq konvensiya və beynəlxalq humanitar hüququn tələblərinə riayət edirik” deyə Zelenski əlavə edib.
Toplantıda həmçinin humanitar yardımlarla bağlı məsələ də gündəmə gətirilib.
tag: Zelenski, Rusiya, Kursk, Prezident, Ukrayna, todaypress.az,