Zelenski Kursk əməliyyatını sülh planına daxil edib?

Dünya

23.09.2024 11:50

Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidenti Cozef Baydenə təqdim edəcəyi sülh planı qələbəyə nail olmaq məqsədi daşıyır. Buraya Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatının davam etdirilməsi və Qərb ölkələrindən müasir silahların alınması daxildir. 

TodayPress xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.  

Nəşrin yazdığına görə, plana Qərb ölkələrindən Ukrayna üçün “NATO-ya daxil olanda qarşılıqlı müdafiə paktı kimi” təhlükəsizlik zəmanətləri və Ukrayna iqtisadiyyatına beynəlxalq maliyyə yardımı daxil edilib. 

Qeyd olunub ki, Baydendən başqa, Zelenski öz planını ABŞ prezidentliyinə namizədlərə – vitse-prezident Kamala Harris və ABŞ-nin 45-ci prezidenti Donald Trampa təqdim edəcək.

Günəş Mərd

tag: Ukrayna ,Kamala Harris, ABŞ ,Prezident ,NATO ,todaypress.az,