Zelenski Krımdakı nümayəndəsini işdən çıxardı
Dünya
04.12.2024 15:24
Ukrayna prezidenti Volodimir Zelenski Krımdakı nümayəndəsi Tamila Taşevanı istefaya göndərib.
TodayPress xəbər verir ki, bu barədə “RBK-Ukrayna” nəşri məlumat yayıb.
“Tamila Ravilevna Taşeva Ukrayna Prezidentinin Krım Muxtar Respublikasındakı daimi nümayəndəsi vəzifəsindən azad edilib” məlumatda deyilir.
Qeyd edək ki, Zelenski 2022-ci il aprelin 19-da Taşevanı bu vəzifəyə təyin edib.
Günəş Mərd
tag: Ukraniya, Zelenski, Krım, İstefa, todaypress.az,