Zelenski İtaliyanın Baş naziri ilə görüşdü
Dünya
07.09.2024 15:05
Ukrayna prezidenti Volodimir Zelenski İtaliyanın Baş naziri Corca Meloni ilə görüşüb.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Görüş zamanı Zelenski Melonini döyüş meydanındakı vəziyyət barədə məlumatlandırıb, həmçinin cari müdafiə ehtiyaclarından danışıb.
“Bizə verdiyiniz dəstəyə görə sizə və komandanıza, bütün İtaliya xalqına çox minnətdarıq” deyə Zelenski bildirib.
Liderlər Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya təxminən 50 milyard ABŞ dolları verilməsi ilə bağlı G7 qərarının praktiki icrası üçün addımları müzakirə ediblər.
Zelenski İtaliyanın 2025-ci ildə keçiriləcək Ukraynanın yenidən qurulması üzrə növbəti konfransa ev sahibliyi etmək qərarından da söz açıb. Artıq tədbirə hazırlıq başlayıb.
Bundan əlavə, Zelenski Ukraynanın Avropaya inteqrasiya yolunda növbəti addımlarından danışıb və İtaliyanın bu xüsusda dəstəyini qeyd edib.
Günəş Mərd
tag: Zelenski ,İtaliya, Baş Nazir, Görüş , Corca Meloni, ABŞ ,todaypress.az,