Zelenski İstanbulda Putinlə görüşmək istəyir

Dünya

13.05.2025 11:55

17

Ukrayna prezidenti Volodimir Zelenski İstanbulda yalnız Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazırdır.

TodayPress xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak “The Breakfast Show” YouTube kanalında bildirib.

Onun sözlərinə görə, danışıqlarda qərar verə biləcək şəxslərin iştirakı vacibdir. 

“Ukrayna tərəfindən qərar verən şəxs var və Rusiyada da yalnız bir nəfər qərar verir. Qalanları sadəcə formal iştirakçılardır”.

Türkan İsgəndərli

tag: Ukrayna,Rusiya,Zelenski,Putin,todaypress.az,