Zelenski İstanbul danışıqlarındakı mövzuları açıqladı

Dünya

14.05.2025 10:45

9

Ukrayna prezidenti Volodimir Zelenski mayın 15-i İstanbulda planlaşdırılan danışıqlarda əsas mövzuların tam atəşkəs və bütün əsirlərin dəyişdirilməsi olacağını bildirib.

TodayPress xəbər verir ki, bu barədə o, Fransanın “Liberation” qəzetinə verdiyi müsahibədə danışıb.

Zelenskinin sözlərinə görə, tərəflər arasında etimadsızlıq mühiti hökm sürdüyü üçün sabit razılaşmalara yalnız üçüncü tərəflərin vasitəçiliyi ilə nail olmaq mümkündür: 

“Ruslar ukraynalılara, ukraynalılar da ruslara güvənməyəcək. Ona görə də xarici zəmanətçilərə ehtiyac var. ABŞ daxil olmaqla, bu rolu məhz xarici oyunçular yerinə yetirə bilər”.

Ukrayna lideri, atəşkəs əldə olunmasa belə, Türkiyəyə getməyə və danışıqlarda iştirak etməyə hazır olduğunu vurğulayıb. O, münaqişənin bitməsi üçün dialoqa başlamağa maksimum səy göstərəcəyini də əlavə edib.

Qiymət Mahir

tag: Ukrayna,Rusiya,Volodimir Zelenski,Vladimir Putin,İstanbul,todaypress.az,