Zelenski İslandiyaya işgüzar səfərə gəldi
Dünya
28.10.2024 18:30
Ukrayna prezidenti Volodimir Zelenski İslandiyaya işgüzar səfərə gəlib.
TodayPress xəbər verir ki, o, bu barədə “Telegram”da məlumat verib.
“İslandiyaya ilk dəfə işgüzar səfərlə gəlmişəm. Dördüncü Ukrayna-Şimali Avropa sammitində iştirak edəcəyəm” deyə Zelenski yazıb.
Ukrayna lideri əlavə edib ki, o, həmçinin İslandiya, Danimarka, Norveç, Finlandiya və İsveçin baş nazirləri ilə ikitərəfli danışıqları, həmçinin İslandiya prezidenti ilə görüşü planlaşdırır. Onlarla Ukraynanın silah və uzaqmənzilli raket istehsalının maliyyələşdirilməsi, qışa hazırlıq və digər məsələləri müzakirə etmək niyyətindədir.
Günəş Mərd
tag: Ukrayna, Zelenski, İslandiya, Səfər, Danimarka, todaypress.az,