Zelenski Hərbi Hava Qüvvələrinin komandanını işdən çıxartdı

Dünya

31.08.2024 06:43

Ukrayna prezidenti Volodimir Zelenski F-16 qəzasından sonra Ukrayna Hərbi Hava Qüvvələrinin komandanını vəzifəsindən azad edib.


TodayPress xəbər verir ki, o, bu barədə sərəncam imzalayıb.


“Nikolay Nikolayeviç Oleşçuk Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsindən azad edilsin”, - sərəncamda deyilir.

Qeyd edək ki, The Wall Street Journal” nəşri Qərbdən Ukraynaya verilən ilk F-16 təyyarələrindən birinin qəzaya uğramasına dair məlumat yayıb.

Qəzet yazır ki, əldə olunan kəşfiyyat məlumatları qırıcının Rusiya tərəfindən atılan raketlə vurulduğunu təsdiqləməyib.

tag: Ukrayna,Zelenski, Rusiya, Hərbi Hava Qüvvələri,todaypress.az,