Zelenski etiraf etdi: Atəşkəsi kim pozub?
Ukrayna prezidenti Volodimir Zelenskinin səmada atəşkəs təklifi bir etirafdır.
TodayPress xəbər verir ki, bunu Rusiya Federasiyası İctimai Palatasının suverenlik məsələləri üzrə komissiyasının sədri, yeni regionların inteqrasiyası üzrə əlaqələndirmə şurasının həmsədri Vladimir Roqov deyib.
“Göydə atəşkəs elan etməyi təklif etməklə, Zelenski mahiyyətcə etiraf etdi ki, onun yaraqlıları Rusiya regionlarının mülki infrastrukturuna zərbələr endirir” deyə o bildirib.
Qeyd edək ki, aprelin 19-da Rusiya prezidenti Vladimir Putin Pasxa atəşkəsi elan edib.
Həmin gün Bakı vaxtı ilə saat 19:00-dan aprelin 21-i saat 01:00-a qədər davam edib. Atəşkəs uzadılmayıb.
Rusiya Müdafiə Nazirliyi Pasxa atəşkəsi zamanı Ukrayna Silahlı Qüvvələri tərəfindən 4900 pozuntunun qeydə alındığını bildirib.
Töhfə Səməd
tag: Ukrayna,Zelenski,Atəşkəs,Pozulma,Todaypress.az,