Zelenski dünya liderlərinə səsləndi: "Putindən uzaq durun"

Dünya

30.11.2024 09:04

Ukrayna prezidenti Volodimir Zelenski dünya liderlərini Rusiya lideri Vladimir Putinlə ünsiyyətdən çəkinməyə çağırıb. 

TodayPress xəbər verir ki, o, bu barədə Britaniyanın "Sky News" kanalına müsahibəsində danışıb.

Onun fikrincə, Rusiya prezidenti ilə dialoq arzuolunmaz təhdidlə nəticələnə bilər. 

Ukrayna liderinin fikrincə, bəzi dövlətlərin başçıları Putinlə dialoqdan mövcud böhranı həll etmək üçün deyil, yalnız öz şöhrətlərini artırmaq üçün istifadə etməyə hazırdırlar.

Günəş Mərd

tag: Putin, Ukrayna, Rusiya, Zelenski, Dialoq, todaypress.az,