Zelenski: Danışıqlarda əsas mövzu atəşkəs olacaq
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Türkiyə şəhəri keçiriləcək danışıqlarda əsas müzakirə mövzusu atəşkəs olacaq.
TodayPress xəbər verir ki, o, bu barədə Ankarada keçirilən mətbuat konfransında danışıb.
Zelenskinin sözlərinə görə, gündəlikdə birinci məsələ atəşkəsdir. O əlavə edib ki, Rusiya nümayəndə heyətinin bu məsələyə necə yanaşacağı barədə əmin deyil.
Qeyd edək ki, Rusiya və Ukrayna tərəfləri danışıqlar üçün İstanbula gediblər.
Türkan İsgəndərli
tag: Ukrayna ,Rusiya,İstanbul,Atəşkəs,todaypress.az,