Zelenski BRICS-ə görə BMT baş katibinin Ukraynaya səfərinə icazə vermədi

Dünya

25.10.2024 18:35

Ukrayna prezidenti Volodimir Zelenski BMT-nin baş katibi Antonio Quterreşin Kazanda keçirilən BRICS sammitində iştirak etdiyi üçün onun Kiyevə gəlməsinə icazə verməyib.  

TodayPress xəbər verir ki, bu barədə “Frans Press” agentliyi (AFP) məlumat yayıb.

“Kazandan sonra BMT-nin baş katibi Ukraynaya gəlmək istədi, lakin Zelenski onun bu səfərini bəyənmədi. Buna görə də Quterreş burada olmayacaq” agentliyin mənbəsi bildirib.

Günəş Mərd

tag: Ukrayna, Zelenski, BMT, Antonio Quterreş,BRICS, todaypress.az,