Zelenski: Bizə Orban kimi vasitəçi lazım deyil
Dünya
17.12.2024 21:54
“Bizə vasitəçi qismində
Orban lazım deyil. ABŞ ilə birbaşa əlaqələrə ehtiyacımız var”.
TodayPress “İnsider.ua”ya
istinadən xəbər
verir ki, bu
sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib.
“O, Putinə necə təsir
göstərəcək? Viktor Orbanın bizim malik olduğumuz ordu kimi ordusu varmı? Bu,
sanki bir lətifəyə bənzəyir və insanda təbəssüm yaradır. Yox, əgər varsa, qoy
özünə saxlasın” Ukrayna prezidenti vurğulayıb.
Qeyd edək ki, dekabrın
12-də Kremlin mətbuat katibi Dmitri Peskov Macarıstan Baş naziri Viktor Orban
Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı yeni il öncəsi əsir
mübadiləsi və Milad atəşkəsi təklif etdiyini açıqlayıb.
tag: Ukrayna, Zelenski, Viktor Orban, Ordu, Kremli, todaypress.az,