Zelenski: “Biz strateji məqsədimizə nail oluruq”

Dünya

14.08.2024 22:24

Ukrayna Prezidenti Vladimir Zelenski Kursk əməliyyatında yeni irəliləyişlərin olduğunu və Ukraynanın öz məqsədinə çatdığını bildirib.

 

TodayPress xəbər verir ki, bu barədə Zelenski videomüraciətində vurğulayıb.

 

O, bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski cəbhə və Kursk vilayətindəki əməliyyatla bağlı artıq bir neçə dəfə ona məruzələr edib.

 

"Bu gün Kursk vilayətində yaxşı irəliləyiş var - biz öz strateji məqsədimizə nail oluruq. Biz razılaşdıq ki, ən yaxın dəstək paketlərindən Donetsk istiqamətlərinə əsgərlərimiz üçün nəzərdə tutulandan əlavə  silahlar göndərək. Rusiyanın təzyiqinə tab gətirən, dövlətimizi qoruyan bütün əsgərlərimizə - hər bir əsgərə, hər bir çavuşa, hər bir zabitə təşəkkür edirəm” prezident bildirib.

 

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində əməliyyatı avqustun 6-dan başlayıb. Avqustun 13-ü tarixi məlumatına görə, Rusiyanın Kursk vilayətində 74 yaşayış məntəqəsi artıq Ukrayna nəzarəti altına keçib.


Aytac Müşfiq

tag: Ukrayna, Rusiya ,Müharibə,Zelenski,todaypress.az,