Zelenski: "Biz birlikdə Aİ-ni daha da güclü edəcəyik"
Dünya
22.06.2024 00:08
Ukrayna Prezidenti Vlodimir Zelenski, Avropa İttifaqına (Aİ) üzv ölkələrin Ukrayna və Moldova ilə Birliyə üzvlük danışıqları prosesinə gələn həftə başlamaq qərarı ilə bağlı, “Avropa İttifaqını birlikdə daha da güclü edəcəyik” deyib.
TodayPress xəbər verir ki, Zelenski sosial media hesabında verdiyi açıqlamada Aİ-yə üzv olan 27 dövlətin 25 iyunda Ukrayna və Moldova ilə Aİ-yə üzvlük danışıqlarına başlamasına razılıq verməsini qiymətləndirib.
Ukrayna və Aİ-nin gələn həftə ilk hökumətlərarası konfransını keçirəcəyini və danışıqlar prosesini effektiv şəkildə başlatmasını gözlədiklərini ifadə edən Zelenski deyib:
"Biz moldovalı dostlarımızı ümumilikdə isə Avropanı gələcəyimizə doğru atılan bu mühüm addım münasibətilə təbrik edirik. Biz birlikdə Aİ-ni daha da gücləndirəcəyik. Bu tarixi addımı reallaşdırmaq üçün komandamızda əməyi olan olan hər kəsə minnətdaram. Milyonlarla ukraynalı özlərinin avropalı olduğunu dərk edir. Ukrayna əsrlər boyu mənsub olduğu Avropaya qoşulur”.
GÜNEL
tag: Vladimir Zelenski, Avropa İttifaqı, Moldova, Ukrayna, todaypress.az,