Zelenski Avropada yaşayan ukraynalılara çağırış etdi

Dünya

26.08.2024 17:00

Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə Avropada yaşayan ukraynalılardan ibarət bir neçə briqada yaratmağı tapşırıb.

TodayPress xəbər verir ki, bu barədə “Ukrainian Military Pages” məlumat yayıb.

Bildirilib ki, ən azı iki mexanikləşdirilmiş briqadanın yaradılması nəzərdə tutulub. Eyni zamanda, komanda heyəti Ukrayna ərazisində yaşayan zabitlərdən işə götürüləcək.

“Bu hərbi hissələr xaricə getməli və Qərbin təlim sahələrində əlavə təhsil almalıdır” deyə əlavə edilib.

Qoşunlara kadr qəbulunun Ukraynanın diplomatik qurumlarında aparılacağı ehtimal edilir.

Töhfə Səməd

tag: Ukrayna, Zelenski, Qərb, Briqada, Hərbi Hissələr, todaypress.az,