Zelenski Ali Baş Komandanlıq Qərargahının tərkibini yenilədi

Dünya

20.09.2024 11:50

Ukrayna prezidenti Volodimir Zelenski Ali Baş Komandanlıq Qərargahının tərkibində dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb. 

TodayPress xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Sərəncama əsasən, Qərargahın ştat tərkibinə Ukraynanın yenidən qurulması üzrə Baş nazirin müavini, Ukraynanın icmaların və ərazilərin inkişafı naziri Aleksey Kuleba, Ukrayna Xarici İşlər Naziri Andrey Sibiqa və Ukraynanın strateji sənaye naziri German Smetanin daxil edilib. 

Zelenski Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) keçmiş rəhbəri Dmitri Kulebanı Qərargahdan uzaqlaşdırıb. 

Eyni zamanda, Ukrayna prezidentinin strateji məsələlər üzrə ştatdankənar müşaviri Aleksandr Kamışin Qərargahın heyətinə qatılıb.  

Günəş Mərd

tag: Ukrayna ,Zelenski ,Aleksandr Kamışin ,Qərargah, Prezident ,todaypress.az,